Xəbərlər

Rusiya Azərbaycana uçuşları ləğv edib

Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd edilib ki, “Azimut” Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb.

Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilib.

Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları dayandırıb.