Xəbərlər

Rusiya Beyruta 33 ton humanitar yardım çatdırıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “İl-76” təyyarəsi Beyruta Livan sakinləri üçün 33 ton humanitar yardım çatdırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, xüsusi reyslə Livanın paytaxtına ərzaq, dərman, ilkin tələbat malları və 80 kVt gücündə elektrik stansiyaları da daxil olmaqla 33 ton humanitar yardım çatdırılıb.

Uçuş Rusiya hökuməti adından və Livan tərəfinin xahişi ilə həyata keçirilib.