Xəbərlər

Rusiya BRİCS sammitində Latın Amerikası ölkələrinin də iştirakını istəyir

“Rusiya Latın Amerikası ölkələrinin nümayəndələrinin Kazanda keçiriləcək BRİCS sammitində iştirak etməsini gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Biz BRİCS-in bir hissəsi olan Braziliyadan başqa digər Latın Amerikası ölkələrinin nümayəndələrinin də sammitdə iştirak etməsini gözləyirik”, – diplomat qeyd edib.