Xəbərlər

Rusiya Britaniyanın 21 deputatının ölkəyə girişinə qadağa qoyub

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Britaniya parlamentinin 21 deputatının ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazirlikdən bildirilib.

Britaniya Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdüb, sanksiyalar tətbiq edib və Ukraynaya silah tədarük edib. Buna cavab olaraq da Böyük Britaniya parlamentinin 21 deputatının ölkəyə girişinə qadağa qoyulub və sözügedən adların siyahısına açıqlamada yer verilib.

Bəyanatda sanksiyalar siyahısının genişləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyi də qeyd edilib.