Xəbərlər

Rusiya–Çin birgə dəniz patrulu başa çatıb

Rusiya–Çin birgə dəniz patrulu başa çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.

Cəmi 15 gün davam edən təlimlər zamanı Rusiya–Çin birgə patrulunda Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusu (PLA) Hərbi Dəniz Qüvvələrinin gəmiləri Asiya-Sakit Okean regionunda təxminən 4800 dəniz mili qət edib.

İki ölkənin dənizçiləri müxtəlif birləşmələrin tərkibində fəaliyyət göstərməyi öyrənib, sualtı qayıqlara qarşı missiyaları həll edib, həmçinin şərti düşmənin hava hücumlarını dəf etmək üçün təlim keçiblər.