Xəbərlər

Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradıb

Astanada Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə vahid rəqəmsal dəhlizin yaradılmasına dair üçtərəfli saziş imzalanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Milli Rifah Fondu məlumat yayıb.

Qeyd edilib ki, sənəd “Slavtrans-Servis”, “Xian Free Trade Port Construction and Operation” və “KTZ Express” arasında imzalanıb.

Sazişin imzalanması Qazaxıstan-Çin İşgüzar Şurasının iclası çərçivəsində Astanada baş tutub. Ümumilikdə, tədbir nəticəsində 3,7 milyard dollardan artıq dəyəri olan 40-dan çox sənəd imzalanıb.

Bundan əvvəl Qazaxıstan Dəmir Yolları milli şirkəti Rusiya, Çin və Qazaxıstan arasında Qazaxıstan-Çin Biznes Şurasında konteyner daşımaları üçün vahid rəqəmsal platforma haqqında sazişin imzalanacağını elan etmişdi.