Moskva tezliklə Ermənistanın Kapan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya dövlət katibi və xarici işlər nazirinin müavini Yevgeni İvanov TASS-a bildirib.
“Ermənistanda və Maldiv adalarında baş konsulluğun açılması ilə bağlı sərəncamlar verilib. İndi İndoneziyada Bali adasında baş konsulluq açılacaq. Hazırda bunun üzərində işləyirik. Ümumiyyətlə, bu istiqamətdə maddi-texniki baxımdan intensiv işlər gedir”, – diplomat qeyd edib.
İvanov həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir sıra Afrika ölkələrində yeni Rusiya diplomatik nümayəndəliklərinin açılması ilə bağlı daha əvvəl açıqladığı planları yenidən qeyd edib.