Xəbərlər

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş verib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb, hər iki ölkədən 95 əsgər öz ölkəsinə qaytarılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenski açıqlamasında deyib: “Biz əsgərlərimizi evə qaytarmağa davam edirik. Daha 95 müdafiəçimiz rus əsirliyindən azad edilib. Ounlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın əsgərləri və sərhədçilərdir. Buraxılışa vasitəçilik etdiyi üçün mübadilə komandamıza və Birləşmiş Ərəb Əmirliklərinə minnətdaram. Nə qədər çətin də olsa, əsirlikdə olan hər kəsi axtarırıq, biz hamını geri qaytarmalıyıq”.