Rusiya İsrailin sentyabrın 8-də Suriya ərazisinə endirdiyi zərbələri qətiyyətlə pisləyərək, İsrail tərəfini silahlı təxribatları dayandırmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Suriyanın suverenliyini və beynəlxalq hüququn əsas normalarını kobud şəkildə pozan İsrail tərəfindən atılan zorakı addımları qətiyyətlə pisləyirik. Hadisələrin bu cür inkişafı heç bir halda İsrailin, eləcə də regionun digər ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək etməyəcək”, – Mariya Zaxarova qeyd edib.
Qeyd edək ki, hücum nəticəsində 18 nəfər ölüb, 37 nəfər isə yaralanıb.