Xəbərlər

Rusiya Latın Amerikası ölkələrinə çağırış edib

“Rusiya Latın Amerikası ölkələrini ABŞ-ın təzyiqinə boyun əyməməyə və Ukraynaya silah göndərməməyə çağırır”.

“Füyuzat”ın məlumatına görə, bu nu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi “İnternational Affairs” jurnalına müsahibəsində bildirib.

Ryabkov həmçinin qeyd edib ki, Moskva Latın Amerikasının üzləşdiyi təzyiqləri görür.

“Hazırda işlər olduqca mürəkkəbdir, çünki onlar yüksək təzyiq altındadır və biz bunu yaxşı bilirik”, – rusiyalı diplomat qeyd edib.