“Rusiya Müdafiə Nazirliyinin (MN) keçmiş rəis müavini Pavel Popovun vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı istintaqı davam edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Dələduzluqdan əlavə, keçmiş müdafiə nazirinin müavini Pavel Popov vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz silah alveri və saxta sənədlərin verilməsində ittiham olunur”, – Petrenko qeyd edib.



