Rusiyanın Baş naziri Mixail Mişustinin Pakistana səfərinin iş proqramında həmkarları – Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Çianq və Monqolustanın Baş naziri Luvsannamsrain Oyuun-Erdene ilə görüşünün keçiriləcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, bu hökumət başçıları səviyyəsində üçtərəfli formatda ilk görüşdür.
Bundan əlavə, Rusiya tərəfdən danışıqlarda Mişustindən başqa Baş nazirin müavini Aleksey Overçuk, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, hökumət aparatının rəhbərinin müavini Elmir Tagirov, energetika naziri Sergey Tsivilev, təbii sərvətlər naziri Aleksandr Kozlov, xarici işlər nazirinin müavini Andrey Rudenko və maliyyə nazirinin müavini İvan Çebeskov da iştirak edəcək.