Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına görə bəzi bölgələrdə nüvə başlıqlı raketlərin yerləşdirilməsi ehtimalını gündəmə gətirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına cavab olaraq, Rusiyanın bəzi bölgələrdə nüvə başlıqlı raketlər yerləşdirib-yerləşdirməyəcəyi ilə bağlı sualı cavablandıran Ryabkov bildirib: “Başqa variant yoxdur”.