Xəbərlər

Rusiya nüvə silahı təliminin üçüncü mərhələsinə başlayıb

Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə qeyri-strateji nüvə qüvvələrinin manevrlərinin üçüncü mərhələsinin başladığı bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təlimdə iştirak edən Hərbi Hava və Kosmik Qüvvələrin şəxsi heyətinin xüsusi döyüş silahları ilə təchiz edilmiş təyyarələrlə təyin olunmuş patrul bölgələrində döyüş atışları həyata keçiriləcək.