Xəbərlər

Rusiya Pakistanla birgə hərbi təlimlərə başlayıb

Pakistanda “Dostluq-2024” birgə Rusiya-Pakistan taktiki təlimləri başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açılış mərasimi “Pabbi” milli antiterror mərkəzində keçirilib. Tədbir dövlət bayraqlarının qaldırılması və iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Müdafiə Nazirliyinin qeyd edib ki, birgə taktiki təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədi daşıyır.

Qeyd edilir ki, təlimlər oktyabrın 14-dən 26-dək Pakistanın “Pabbi” milli antiterror mərkəzində keçiriləcək.