Rusiya düşmən PUA-larının hücumlarını dəf etmək üçün “Voqan” adında yeni pilotsuz uçuş aparatı hazırlayır.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Belə ki, PUA-ların aşkar edilməsi və onlara qarşı mübarizə texnologiyalarına həsr olunmuş konfransda “Red Line” şirkətinin sözçüsü nəşrə bildirib ki, Rusiya mütəxəssisləri düşmənin pilotsuz uçuş aparatlarının (PUA) hücumunun qarşısını almaq üçün kamikadze “Vogan-9SP” pilotsuz uçuş aparatı hazırlayıb.
Sözçünün məlumatına əsasən, sözügedən avadanlıq təxminən 200 km/saat sürət yığa bilir və radar stansiyası aşkar edilmiş hədəfi işıqlandıran lazer sistemi ilə birlikdə işləyir.