Xəbərlər

Rusiya səfiri: Bakı ilə İrəvan arasında sülh müqaviləsi bütün narahatlıqları aradan qaldırmalıdır

Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “İzvestiya”ya müsahibəsində bildirib.

“Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün “acı dad” vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından əvvəlki hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir. Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİCS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş tutub və bu, münasibətlərin normallaşması üzrə dialoqa faydalı təkan verməyə imkan verib”, – səfir bildirib.