“İndoneziya BRİCS-in tərəfdaş ölkəsi olmağa dəvət edilib və buna müsbət cavab verib”.
“Füyuzat”ın məlumatına görə, bunu İndoneziyanın Rusiya Federasiyasındakı səfiri Xose Antonio Morato Tavares deyib.
“Bəli, biz tərəfdaşlıq üçün dəvət aldıq. Bu müsbət haldır. İndi biz BRİCS-in tərəfdaş ölkəsiyik. Statusun üstünlükləri o deməkdir ki, biz BRİCS-in iclaslarında üzv kimi deyil, BRİCS ölkələri tərəfindən artıq müəyyən edilmiş şərtlərdən asılı olaraq tərəfdaş kimi iştirak edə bilərik. İndoneziya artıq tərəfdaş kimi BRİCS-in istənilən səylərində iştirak edəcək və töhfə verəcək”.