Xəbərlər

Rusiya səfiri: İsrail ABŞ-ın dəstəyindən istifadə edib

“Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə məruz qaldığı hadisədə İsrail ABŞ-ın dəstəyindən yararlanıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov deyib.

“Məncə, əsas səbəb İsrail tərəfinin hazırkı vəziyyətdə özünü tamamilə məsuliyyətsiz aparan ABŞ-ın qeyd-şərtsiz dəstəyindən bəhrələnməsidir”, – diplomat vurğulayıb.