“İsrailin Livanın cənubunda quru əməliyyatına başlamaq qərarı təkcə Livan–İsrail qarşıdurması olaraq qalmayacaq, bütün regionda gərginləşməyə səbəb olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov TASS-a müsahibəsində deyib.
“Biz sərhəd bölgələrində baş verənləri həyəcanla izləyirik. İsrail ordusu məhdud quru əməliyyatına başladığını elan edib, bundan əvvəl Livanın cənub və şərq rayonları görünməmiş şəkildə bombardman edilib”, – səfir bildirib.