Xəbərlər

Rusiya səfiri: Nigerdə ​​səfirliyin açılması üzərində iş gedir

“Rusiyanın Nigerdəki səfirliyinin fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Nigerdəki ştatdankənar səfiri İqor Qromıko müsahibəsində deyib.

“Rusiyanın Niameydəki səfirliyinin fəaliyyətə başlaması üçün dəqiq tarixlər hələ açıqlanmayıb. Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov qeyd edib ki, bu istiqamətdə artıq praktiki işlər aparılır və Nigerdəki səfirin qeydiyyatı davam edir, yəqin ki, yaxın vaxtlarda daha ətraflı məlumat veriləcək”, – səfir əlavə edib.

Qeyd edək ki, Rusiyanın Nigerdəki səfirliyinin fəaliyyəti 1992-ci ilin sentyabrında dayandırılıb.