“Rusiyanın “STG Engineering” şirkəti Bəşər Əsədin devrilməsindən sonra Suriyaya taxıl tədarükünü dayandırıb, ancaq yeni hakimiyyətlə əlaqə qurduqdan sonra tədarükü bərpa etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu şirkətin baş direktoru Dmitri Trifonov deyib.
“STG Engineering” üç il ərzində Rusiya buğdasını Suriyaya tədarük edən taxıl treyderi kimi fəaliyyət göstərib.
Trifonovun sözlərinə görə, şirkət respublikaya ayda təxminən 1,1 milyon ton taxıl idxal edib ki, bu da Rusiyadan idxal edilən buğdanın ümumi həcminin təxminən yarısıdır. Tədarükün qalan hissəsini isə Birləşmiş Taxıl Şirkəti həyata keçirib.