Xəbərlər

Rusiya Türkiyənin Ukraynada həll üçün platforma yaratmaq ideyasını dəstəkləyib

“Moskva Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna münaqişəsinin həlli üçün beynəlxalq sülh platformasının yaradılmasına ehtiyac olması ilə bağlı bəyanatını doğru hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Bilirsiniz, Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həllinə yönəlmiş diplomatik səylərin tərəfdarıdır. Biz heç vaxt danışıqları rədd etməmişik. Əksinə, bütün tərəflərin iştirak etdiyi danışıqlar ideyasını dəstəkləmişik. Hazırda tərəflər yoxdur və biz bu barədə cənab Fidanla razılaşa bilərik”, – Kremlin sözçüsü qeyd edib.