Rusiya və Qazaxıstan dövlət sərhədi xəttinin təyin edilməsi ilə bağlı müəyyən ərazilərdə sərhədin demarkasiyasını müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Tərəflər Qazaxıstan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə yekun sənədlərin layihələrinin hazırlanması və təsdiqi üzərində işi davam etdirərək, müxtəlif bölmələrdə dövlət sərhədi xəttinin təyin edilməsi ilə bağlı bir sıra məsələləri də müzakirə ediblər”, – məlumatda bildirilib.
Qeyd edilib ki, komissiyanın növbəti iclası 2024-cü ilin sentyabr-oktyabr aylarında Rusiyada keçiriləcək.