Xəbərlər

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb

Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov bu gün Ər-Riyada gedib.

Uşakov qeyd edib ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev iqtisadi məsələləri müzakirə etmək üçün Rusiya nümayəndələrinə qoşula bilər.

ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff daxil olacaq.

Görüşdə ikitərəfli münasibətlərin bütün spektrinin bərpası, həmçinin Rusiya və ABŞ liderlərinin sammitinə hazırlıq və Ukraynada nizamlanma üzrə mümkün danışıqların müzakirəsi planlaşdırılır.