Rusiya və Hindistan daha altı güclü nüvə enerji blokunun, eləcə də kiçik atom elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqlar aparır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın dövlət korporasiyası Rosatom-un mətbuat xidməti məlumat yayıb.
“Əməkdaşlığın yeni sahələri də müzakirə olunur. Masada Hindistanda Rusiya istehsalı olan daha 6 yüksək güclü enerji blokunun və kiçik atom elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Nüvə yanacağının dövriyyəsinin üzrə sazişin bağlanması üzrə birgə iş görünür”,- məlumatda bildirilib.