Xəbərlər

Rusiya və İran Yaxın Şərqdə yeni təxribatlara qarşı xəbərdarlıq ediblər

Rusiya və İran xarici işlər nazirləri Qəzza zolağında dərhal atəşkəs əldə edilməsi barədə mövqelərini təsdiqləyiblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə razılıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasındakı telefon danışığı zamanı əldə edilib.

Tərəflər qeyd ediblər ki, yeni təhlükəli hərəkətlər Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər.

“Qeyd edilib ki, regionda vəziyyətin gərginləşməsi və yeni təhlükəli hərəkətlər Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər. Belə ssenarilərin qarşısının alınması və səbəblərinin aradan qaldırılmasına BMT Təhlükəsizlik Şurası çərçivəsində xüsusi diqqət yetirilməlidir”, – Xarici İşlər Nazirliyi qeyd edib.

Nazirlik əlavə edib ki, söhbət zamanı tərəflər Qəzza zolağında dərhal atəşkəs əldə olunması, ən aktual humanitar məsələlərin həlli və BMT-nin iki dövlətli nizamlanma üzrə qətnaməsinə uyğun olaraq birbaşa danışıqlar üçün davamlı şəraitin yaradılması lehinə mövqelərini bir daha təsdiqləyiblər.