Xəbərlər

Rusiya və KXDR bəzi sahələrdə əməkdaşlığı müzakirə ediblər

Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm və elmi-texniki sahələr üzrə əməkdaşlığı əsaslı şəkildə müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd edək ki, komissiyanın 11-ci iclası noyabrın 19-da Pxenyanda keçirilib.

Görüşdə ötən il keçirilmiş 10-cu iclasın protokolunun icrasına yekun vurulub.