Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Misirin Moskvadakı səfiri Nazih Nagari arasında görüş olub. Tərəflər görüşdə Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Onlar, ilk növbədə, Qəzza sektorunda atəşkəsin əldə edilməsinin vacibliyini vurğulayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir: “Hər iki tərəf genişmiqyaslı və daimi atəşkəsin lehinə, ilk növbədə Qəzza sektorunda, eyni zamanda İordan çayının Qərb sahilində və Livanla “Mavi xətt” boyunca kollektiv beynəlxalq səylərin davam etdirilməsinin vacibliyini bir daha təsdiq etdi. Bütün qurbanlara və ehtiyacı olanlara yardım göstərmək üçün təhlükəsiz və davamlı humanitar imkanların yaradılması nəzərdə tutulub”.