Xəbərlər

Rusiya və Özbəkistan ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kommersant” məlumat yayıb.

“Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da mütərəqqi inkişafına qarşılıqlı sadiqlik təsdiqləndi”, – məlumatda bildirilib.

Vladimir Putin təbrikində Şavkat Mirziyoyevin strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafına böyük töhfə verdiyini qeyd edib. O, həmçinin konstruktiv dialoqu və sıx əməkdaşlığı davam etdirməkdən məmnun olacağını yazıb.