Xəbərlər

Rusiya vətəndaşlarına İsrailə səfər etməkdən çəkinməyi tövsiyə edib

Rusiyanın Təl-Əvivdəki səfirliyi Rusiya vətəndaşlarına vəziyyət normallaşana qədər İsrailə səfər etməkdən çəkinməyi tövsiyə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə səfirliyin bəyənatında qeyd olunub.

“İsraildə və onun ətrafında təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar Rusiyanın Təl-Əvivdəki səfirliyi Rusiya vətəndaşlarına vəziyyət normallaşana qədər İsrailə səfər etməkdən çəkinməyi qətiyyətlə tövsiyə edir”, – məlumatda bildirilib.