Xəbərlər

Rusiya və Belarus Avrasiya ölkələrini təhlükəsizlik dialoquna qoşulmağa dəvət edib

“Rusiya və Belarus Avrasiyanın bütün ölkələrini “XXI əsrdə Müxtəliflik və Çoxqütblülük üzrə Avrasiya Xartiyası”nı hazırlamaq üçün qitədə təhlükəsizlik üzrə dialoqa qoşulmağa dəvət edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya və Belarusun imzaladığı müvafiq xartiyanın birgə baxışı haqqında bəyanatda qeyd olunub.

“Biz, Rusiya Federasiyası və Belarus Respublikasının nümayəndələri, bütün Avrasiya dövlətlərini çoxqütblü dövrdə qarşılıqlı fəaliyyət prinsiplərinə təsir edən və qitə miqyasında təhlükəsizlik, əməkdaşlıq və inkişafın arxitekturasına aid olan bir sıra məsələlər üzrə dialoqa qoşulmağa dəvət edirik. Tərəflər həmçinin xarici qüvvələrin Avrasiya dövlətlərinin işlərinə müdaxilə etmək və qitədə konsolidasiya və əməkdaşlıq proseslərinə xələl gətirməyə yönəlmiş siyasət yürütmək cəhdlərinə qarşı çıxmaq, öz inkişaf modellərini tətbiq etmək öhdəliyi götürürlər”, – bəyanatda bildirilib.