Xəbərlər

Rusiya XİN: ABŞ Konqresinin çağırışları Koreya yarımadasında gərginliyi artırır

“Pxenyan Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təxirə salmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə müsahibəsində deyib.

“Koreya tərəfi, məncə, geri addım atmayacaq. Şimali Koreya qoşunlarının Ukraynada olması təsdiqlənərsə, ABŞ Konqresinin hərbi cavab çağırışları Koreya yarımadasında gərginliyi artıracaq”, – Rudenko bildirib.