“Rusiya Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı İranla davamlı əlaqə saxlayır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev brifinq zamanı deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın problemlərinin optimal həlli region ölkələrinin yaxın qonşularının dəstəyi ilə işləyib hazırladıqları həll yollarını tapıb həyata keçirməkdir.
“Üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız sülh gündəliyinin möhkəmlənməsinə töhfə verməli, əlavə çətinliklər yaratmamalıdır”, – diplomat qeyd edib.



