Xəbərlər

Rusiya XİN Ermənistanı ittiham edib

“Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.

“Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında bir neçə dəfə müzakirə olunub. Amma bu iş Ermənistan tərəfinin mövqeyi ucbatından dalana dirənib”, – Zaxarova bildirib.