Xəbərlər

Rusiya XİN Ermənistanın KTMT-dəki borclarından danışıb

“Ermənistanın KTMT-yə verdiyi töhfələrə görə borcu ola bilər və bu borcları iki il ödəməyəcək. İrəvanın 2024-cü il üçün borcu var, öhdəliyin geri ödənilməsi müddətinə güzəşt 2025-ci ilin sonunda başa çatacaq.”

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “Ria Novosti”yə XVII Verona Avrasiya İqtisadi Forumu çərçivəsində bildirib.

“İki il ərzində Ermənistan bu borcu ödəməyə bilər. Daha sonra müvafiq qərarlar qəbul ediləcək”, – Pankin xəbərdarlıq edib.

Rusiyalı diplomatın qeyd edib ki, hazırda ölkənin 2024-cü il üçün borcu var.

Onun sözlərinə görə, əslində, Ermənistanın borcu fövqəltəbii bir şey deyil.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında bildirib ki, respublika KTMT-də iştirakını dondurub. Ermənistan təşkilatın büdcəsinə öz töhfəsini verməyi və təşkilatın tədbirlərinə və təlimlərinə nümayəndələr göndərməyi dayandırıb.