“Qəzza zolağının tamamilə məhv edilməsinin qarşısını almaq lazımdır. İsrailin əməliyyatı genişləndirmək planları Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev deyib.
“Biz hesab edirik ki, bu cür planların həyata keçirilməsi son dərəcə risklidir və işğal olunmuş ərazilərdə vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Bu hal həm İsrail dövlətində, həm də bütün Yaxın Şərq regionunda təhlükəsizliyi təhdid edir. Biz indi əsas vəzifəmizi Qəzzanın tamamilə məhv edilməsinin, həmçinin mülki əhali arasında itkilərin artmasının qarşısını almaqda görürük. Bu məqsədlərə yalnız atəşkəsin mümkün qədər tez əldə olunması ilə nail olmaq olar”, – o əlavə edib.



