Xəbərlər

Rusiyada hərbi helikopter qəzaya uğrayıb

Rusiyanın Kaluqa vilayətində Mi-28 tipli hərbi helikopter qəzaya uğrayıb. Ekipaj üzvləri hamısı həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Rusiya Hərbi Hava-Kosmik Qüvvələri Komandanlığının komissiyası araşdırmalara davam edir.