Xəbərlər

Rusiyada Su-34 qırıcısı qəzaya uğrayıb, pilotlar ölüb

Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyasının tərkibindəki Şimali Osetiya-Alaniya Respublikasında Su-34 qırıcı təyyarəsinin qəzaya uğraması və iki pilotun həlak olması barədə məlumat yayıb.

“Füyuzat” ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Şimali Osetiya-Alaniya Respublikasının dağlıq bölgəsində Hava və Kosmik Qüvvələrin planlaşdırdığı uçuş zamanı təyyarə qəzaya uğrayıb və boş əraziyə çırpılıb. Təyyarənin hər iki pilotunun həlak olduğu bildirilib.

İlkin məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Rusiya istehsalı olan Su-34 iki pilotlu səsdən sürətli qırıcı-bombardmançı təyyarədir, nüvə silahı da daxil olmaqla yüksək dəqiqlikli hava zərbələrində istifadə üçün hazırlanıb.

Su-34 gecə, gündüz və müxtəlif şəraitdə quru və hava hədəflərinə qarşı istifadə olunur.