Xəbərlər

Rusiyada taktiki nüvə təlimlərinin ikinci mərhələsi başlayır

Rusiyada taktiki nüvə təlimlərinin ikinci mərhələsi başlayır. Təlimlərdə Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin taktiki nüvə silahının döyüş istifadəsi üzrə birgə təlimi keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası prezidentinin qərarına əsasən, taktiki nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb”, – məlumatda deyilir.

Qeyd edilib ki, təlimlərdə Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin taktiki nüvə silahının döyüş istifadəsi üzrə birgə məşqi keçiriləcək.

“Hərbi təlim Birlik Dövlətinin qeyd-şərtsiz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün Rusiya və Belarusun taktiki nüvə silahı ilə döyüş bölmələrinin şəxsi heyəti və texnikasının hazırlığını saxlamaq məqsədi daşıyır”, – hərbi agentlik əlavə edib.