Xəbərlər

Rusiyalı ekspert: Ermənistan Fransa üçün niyə önəmlidir?

“Ermənistan Fransa üçün daxili siyasi gündəliyin bir hissəsi kimi vacibdir, çünki Fransada Şərq siyasətinin önəmi böyükdür və xristian Ermənistanla bu və ya digər şəkildə isti münasibət quran və Avropa İttifaqının ən böyük erməni icmasına güvənən hər hansı bir siyasətçi həmişə müəyyən səslər toplayır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə rusiyalı politoloq Sergey Markedonov jurnalistlərlə söhbətində bildirib.

“Bundan əlavə, Fransa ilə Türkiyə arasında Aralıq dənizində problemlər var. Türkiyə Fransanın Liviya və Suriyadakı ambisiyalarına o qədər də müsbət yanaşmır. Bu vəziyyətdə Ermənistan Fransa tərəfindən bir növ alət kimi qəbul edilir.

Lakin bu o demək deyil ki, Fransa üçün Ermənistandakı maraqlar daxili təhlükəsizliyi müəyyən edən şeylərdir. Burada Rusiyanın Qafqazda mövcudluğu məsələsi də var. Fransa üçün bu bir tapmacadır”, – deyə ekspert izah edib.