Xəbərlər

Rusiyanın baş prokuroru Şimali Koreyaya gəlib

Rusiyanın baş prokuroru İqor Krasnov iki ölkə münasibətləri tarixində ilk dəfə olaraq Şimali Koreyaya işgüzar səfərə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Bu, qurumlar arasında əməkdaşlıq tarixində Rusiya baş prokurorunun Koreya Xalq Demokratik Respublikasına ilk səfəridir”, – mətbuat xidməti qeyd edib.

Krasnov Pxenyanda həmkarı ilə görüşəcək və digər rəsmilərlə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Həmçinin Rusiya Baş Prokurorluğu ilə KXDR Ali Prokurorluğu arasında 2024-2026-cı illər üçün əməkdaşlıq proqramının imzalanması və əməkdaşlıq müqaviləsinin yenilənməsi planlaşdırılır.