Rusiya müdafiə naziri Andrey Belousov Koreya Xalq Demokratik Respublikasına (KXDR) rəsmi səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Pxenyan şəhərinin ətrafında yerləşən Sunan Beynəlxalq Hava Limanında Koreya Xalq Ordusunun fəxri qarovul dəstəsinin iştirakı ilə Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.
Qeyd edək ki, Rusiya müdafiə idarəsinin rəisini təyyarənin enişində KXDR-in müdafiə naziri, ordu generalı No Qvanq Çol qarşılayıb.
Səfərin məqsədi açıqlanmayıb.