Xəbərlər

Rutte: NATO-nun PUA-ları bahalı raketlərlə vurmağa gücü çatmaz

“Şimali Atlantika Alyans (NATO) ölkələrinin hava məkanına raketlərlə daxil olan pilotsuz uçuş aparatlarının (PUA) vurulması iqtisadi cəhətdən mümkün deyil”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

O həmçinin əlavə edib: “1000 və ya 2000 dollara başa gələn pilotsuz təyyarələri 0,5 milyon və ya 1 milyon dollara başa gələn raketlərlə vurmaq ağlabatan deyil”.

Baş katib yaxın həftələrdə alyans ölkələrinin PUA-lara qarşı mübarizə üçün yeni texnologiyalar tətbiq etməyə başlayacağını da qeyd edib.