NATO-nun baş katibi Mark Rutte bütün NATO ölkələrini ABŞ-ın Kiyevə silah tədarükü üçün sifarişləri və ödənişləri sürətləndirməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Avropa ölkələri tərəfindən ödənilən 2 milyard avroluq silah yardımı artıq Ukraynaya köçürülüb və mən NATO-nun qalan hissəsini bu səylərdə fəal iştirak etməyə çağırıram”, – Rutte əlavə edib.



