“Şimali Atlantika Alyansı (NATO) Polşa səmasında dronlarla baş verən insidentin hərtərəfli qiymətləndirilməsini həyata keçirir”.
“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Şimali Atlantika Şurası Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə əsasən Polşanın tələb etdiyi məsləhətləşmələr kontekstində vəziyyəti müzakirə etmək üçün bu səhər toplandı. Hadisənin hərtərəfli qiymətləndirilməsi davam edir. Alyans şərq cinahındakı hadisələri diqqətlə izləyəcək və hava hücumundan müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətində saxlayacaq”, – Rutte əlavə edib.



