“NATO-nun Haaqada keçiriləcək sammitində ÜDM-in 5%-nin xərclənməsinə əsaslanan hərbi investisiya planı, həmçinin hərbi sənaye kompleksinin genişləndirilməsi planı qəbul ediləcək”.
“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
“Sammitdə alyans üçün ÜDM-in 5%-i həcmində xərclərə əsaslanan yeni investisiya planı, hərbi istehsalın genişləndirilməsi planı, həmçinin Ukraynaya dəstək qəbul ediləcək”, – o sammit öncəsi mətbuat konfransında deyib.
“Hərbi investisiya planı, əlbəttə ki, məxfidir, amma deyə bilərəm ki, bu, bizim hava hücumundan müdafiəmizi 5 dəfə artırmaq, döyüş meydanı üçün minlərlə tank və milyonlarla patron istehsal etməyi nəzərdə tutur.
Hərbi istehsala gəlincə, biz konkret korporasiyalar üçün konkret sifarişlər elan edəcəyik”, – Rutte əlavə edib.