“Yaxın Şərqdəki gərginliyin dərəcəsindən asılı olmayaraq, Rusiya İranla daim danışıqlar aparır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə müsahibəsində deyib.
“Biz İran tərəfi ilə daim əlaqələr saxlayırıq, bu, siyasi barometrdəki dalğalanmalardan, hazırda son dərəcə yüksək olan və böyük narahatlıq doğuran bölgədəki gərginlik dərəcəsindən asılı deyil. Qeyd etmək istərdim ki, gərginlik riski olan hər bir vəziyyətdə olduğu kimi, bizim səylərimizin məqsədi münaqişəni azaldacaq həllər tapmaqdır”, – Ryabkov vurğulayıb.