“Fələstin bir dövlət olaraq mövcud olmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra deyib.
Qeyd edək ki, Fələstin dövləti 147 ölkə tərəfindən tanınır. Ancaq 2024-cü ildə ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv kimi qəbuluna veto qoyub.
Budan əlavə, Fransa prezidenti Emmanuel Makron iyulun 24-də bildirib ki, Fransa sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacaq.



