“Uğur təsadüfi deyil, düşüncə tərzidir”.
Oktyabrın 4-ü Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təlimçi və yazar Fəzilə Əsgərovanın MİMTA Yayımları tərəfindən nəşr olunan “Uğur pisixologiyası” adlı kitabının tanıtımı olacaq.
“Füyuzat”ın məlumatına görə, təqdimat mərasimi saat 17:00-dan 17:45-dək “Nizami Gəncəvi” təqdimat zonasında baş tutacaq.
Fəzilə Əsgərova illərdir idarəetmə sahəsində yüzlərlə insana yol göstərib, onlara təlimlər keçib. İndi isə öz təcrübəsini bir kitabda toplayaraq oxucularla paylaşır.
Qeyd edək ki, o, 2014-cü ildə “Ən Peşəkar İR Meneceri” adına layiq görülüb.
Kitab maneələri fürsətə çevirməyi öyrənmək istəyənlər, hədəflərinə çatmaq və özünəinamı gücləndirmək istəyənlər üçündür.
Sabah baş tutacaq təqdimat sadəcə kitab imzası deyil, bəlkə də, bir çox insanın uğura doğru ilk addımı olacaq.
Siz də sevdiyiniz yazıçıdan imzalı kitab əldə etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!



